Ana səhifə
19 Noyabr 2018

Vaşinqtonda Türk Festivalı keçirilib

Sentyabrın 28-də Vaşinqtonda Amerikada yaşayan azərbaycanlıların da iştirak etdiyi ənənəvi XII Türk Festivalı keçirilib.

Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, Ağ evin yaxınlığında, Pensilvaniya küçəsində başlayan festivalda ziyarətçilər türk mətbəxi, məşhur türk qəhvəsi, 20-dən çox incəsənət nümunəsi, o cümlədən, zərgərlik məmulatları, əllə toxunmuş toxuculuq məhsulları, saxsı qablar və s. ilə tanış olublar.

Festivalın təşkilatçısı, Amerika Türkiyə Assosiasiyasının İdarə Heyətinin üzvü İsmayıl Şahtaxtinskinin sözlərinə görə, Azərbaycanla bağlı hazırlanan stend böyük maraq doğurub. Onun sözlərinə görə, Azərbaycanla bağlı stenddə ölkənin mədəniyyəti, tarixi barədə fotolar, milli paltarlar, kitablar və suvenirlər olub.

Festivalda müxtəlif türk milli rəqsləri ifa edilib.

Tarix
29 Sentyabr 2014 [18:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin