Bakıda "Porsche" yanıb

09:46 - 29 İyun 2018 - HADİSƏ

Bakı şəhərinin Nərimanov rayonunda "Porsche" markalı minik avtomobilinin maneyə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti