DÇ-2018: Bu gün qrup mərhələsinə yekun vurulacaq

09:38 - 28 İyun 2018 - İDMAN

Bu gün Rusiyadakı dünya çempionatında qrup mərhələsinə yekun vurulacaq.

Qarşılaşmalar G və H qruplarını əhatə edəcək. Əvvəlcə H qrupunda Yaponiya-Polşa və Seneqal-Kolumbiya görüşləri təşkil olunacaq. Bu qrupda Polşanın 1/8 finala vəsiqə qazanmaq şansı qalmayıb. Hazırda 4 xala malik olan Yaponiya və Seneqal yığmasını növbəti mərhələ üçün 1 xal qane edir. Qrupda 3 xalı olan Kolumbiya isə qələbə barədə düşünəcək.

Bu qrupla müqayisədə G qrupunda növbəti mərhələyə vəsiqə qazanan komandalar bəllidir. 6 xalı olan İngiltərə və Belçika komandaları qrup birinciliyi uğrunda üz-üzə gələcəklər. Hər iki oyunda da məğlub olan Panama və Tunis isə ilk xallarını qazanmağa çalışacaq.

DÇ-2018, 28 iyun, III tur
H qrupu
18:00. Yaponiya - Polşa

Hakimlər: Canni Sikazve (Zambiya), Jerson Dos Santos (Anqola), Zaxele Sivela (CAR), Rikardo Montero (Kosta Rika)
Volqoqrad, "Volqoqrad Arena"

18:00. Seneqal - Kolumbiya

Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Bamlak Tessema Veyesa (Efiopiya)
Samara, "Samara Arena"

G qrupu
22:00. İngiltərə - Belçika

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Məhəmmed Abdulla Hassan (BƏƏ)
Kalininqrad, "Kalininqrad" stadionu

22:00. Panama - Tunis

Hakimlər: Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri (Qətər), ), Mehdi Abid Şərif (Əlcəzair)
Saransk, "Mordoviya Arena"
report

Xəbər xətti