Bakıda mənzildə 74 yaşlı qadının meyitı tapılıb

15:42 - 25 İyun 2018 - HADİSƏ

Bakıda mənzildə qadın meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Əhmədvəliyeva Roza Nurislamovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​

Xəbər xətti