AŞPA-nın yeni prezidenti seçilib

14:09 - 25 İyun 2018 - SİYASƏT

Avropa Şurası Parlament Assambeleyasının yay sessiyasında isveçrəli Liliane Maury Pasquier qurumun yeni prezidenti seçilib.

Ucnoqta.az xəbər verir ki, APA-nın Avropa müxbirinin verdiyi məlumata görə, o, bundan əvvəl prezident Mikele Nikolettiyə öz təşəkkürünü bildirib. L. M. Pasquier bir qadın kimi bu vəzifəyə seçilməkdən qurur duyduğunu deyib. O qeyd edib ki, bu günə qədər qurumun sadəcə üç qadın prezidenti olub.  Qadınların yüksək vəzifələrdə çalışmasının önəmindən danışan yeni prezident,  gender bərabərliyinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, AŞPA-nın hazırki prezidenti Mikele Nikoletti bu ilin yanvarında bu vəzifəyə seçilmişdi.
AŞPA-nın yay sessiyası iyunun 29-da başa çatacaq.

Xəbər xətti