Ana səhifə
22 İyul 2018

“Opalus Partners” şirkəti tələbələrə təcrübə proqramı təklif edir

“Opalus Partners”  şirkəti  ali təhsil müəssisələrinin  yuxarı kurs tələbələri və  məzunları üçün HR, PR və Marketinq sahəsində  bilik və  bacarıqlarının artırılması məqsədilə  şirkətdə yay  təcrümə proqramı keçməyi  təklif edir. 

Təcrübə proqramı 1 iyul tarixindən 30 avqust  tarixinə qədər davam edəcək.  Təcrübədə  iştirak edən  stajorlara müvafiq  sertifikatlar  təqdim olunacaq.  Həmçinin,  təcrübəçilər “Opalus Partners”  şirkəti  tərəfindən   keçirilən təlim proqramların da iştirak edə  biləcəklər.
  “Opalus Partners”  şirkətinin rəhbəri  Çimnaz Qasımova  proqramla bağlı  bildirdi ki,  Opalus Partners şirkəti  öz  fəaliyyətində daim  gənclərin bilik və bacarıqlarının inkişafına dəstək verən layihələri dəstəkləyir.  Təcrübə proqramında iştirak edəcək gənclər qısa müddət ərzində  HR,  PR  və Marketinq  sahəsinin praktiki  əsaslarına yiyələnəcəklər  və bu bilikləri gələcək fəaliyyətlərində tətbiq edə biləcəklər. 

   Qeyd edək ki,  “Opalus Partners”  şirkəti  2017-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkət HR və  PR  sahələri ilə bağlı konsultasiya xidmətləri  göstərir.

Tarix
25 İyun 2018 [13:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin