Bakıda "QAZel" 1 yaşlı uşağı vurdu

13:17 - 25 İyun 2018 - HADİSƏ

Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, iyunun 23-də saat 12 radələrində Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini Anar Hüseynov “QAZel” markalı avtomobillə qardaşının qızı - 1 yaşlı Məryəm Hüseynovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti