Kürdə 8 gün əvvəl batan yeniyetmənin meyiti tapılıb

11:38 - 25 İyun 2018 - HADİSƏ

Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində batan yeniyetmənin meyiti tapılıb.

8 gün əvvəl Kür çayının kənarında əmisi tərəfindən velosipedi aşkar edilən Bıçaqçı kənd sakini, 2006-cı il təvəllüdlü Kənan Sabir oğlu Səmədovun meyiti çayda batdığı təxmin edilən yerdən təxminən 100 metr aralıda yerli sakinlər tərəfindən aşkarlanıb.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Apa

Xəbər xətti