Ana səhifə
23 Sentyabr 2018

Ağdaşda ustanı 10 min voltluq elektrik cərəyanı vurub öldürdü

Ağdaş rayonunda usta bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə Ağdaş şəhəri ərazisində baş verib. Rayon sakini, 1967-ci il təvəllüdlü Abdullayev Kamran Fazil oğlu Ağdaş şəhər sakini Qənizadə Gündüz Aşuralı oğlunun həyətində usta işləyərkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Məlumata görə, K.Abdullayev həyət qapısının üstünə şifer vurarkan şifer parçasını qapının üstünə yerləşdirmək üçün havada çevirmək istəyib. Bu vaxt şifer parçası qapının üstündən keçən 10 min voltluq hava xəttinə toxunub və ustanı elektrik enerjisi vurub öldürüb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.trend

Tarix
25 İyun 2018 [10:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin