Kürdəmirdə avtomobil su kanalına aşıb, ölən və yaralananlar var

09:32 - 25 İyun 2018 - HADİSƏ

 Kürdəmir rayonunda 1 nəfərin ölümü və 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nqəliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qedydə alınıb. Belə ki, Qazax istiqamətdə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Nəticədə avtomobildə olan sərnişin, Goranboy şəhər sakini, 1946-cı il təvəllüdlü Tamara Hüseyn qızı Rzayeva hadisə yerində ölüb.
Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti