DÇ-2018: Qrup mərhələsində son tura start verilir

10:04 - 25 İyun 2018 - İDMAN

Bu gün dünya çempionatının qrup mərhələsində son tura start veriləcək.

Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, A və B qruplarının kollektivləri bu mərhələdə son görüşlərini keçiriləcəklər. İlk olaraq A qrupunun komanları mübarizə aparacaq. Bu qrupda pley-off mərhələsinə yüksələn hər iki komandanın adı məlumdur. 2 turdan sonra xal itirməyən Rusiya və Uruqvayın mübarizəsində qrup qalibinin adına aydınlıq gələcək. 
Formal xarakter daşıyan Səudiyyə Ərəbistanı - Misir matçında isə sevinən tərəf qrupu üçüncü pillədə başa vuracaq. 
Ardınca B qrupunun kollektivləri mübarizə aparacaqlar. Son tur öncəsi burada 3 komandanın 1/8 finala adlamaq şansı var. Əsas diqqətlər İran - Portuqaliya matçına yönələcək. Bu görüşdə qalib gələn tərəf pley-off adlayacaq. Kriştiano Ronaldonun lideri olduğu portuqalları heç-heçə də qane edir. 
İspaniya isə Mərakeşə uduzmayacağı halda, qrupdakı digər matçın nəticəsindən asılı olmayaraq adını 1/8 finala yazdıracaq. 
 
DÇ-2018
25 iyun
A qrupu

18:00. Uruqvay - Rusiya
Baş hakim: Malanq Didhyu (Seneqal)
Samara. "Samara Arena" 
 
18:00. Səudiyyə Ərəbistanı - Misir
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
Volqoqrad. "Volqoqrad Arena" 

Xəbər xətti