Bakıda “Solo Türk” və “Türk ulduzları”nın nümunəvi uçuşları keçiriləcək

10:52 - 24 İyun 2018 - Xəbər

Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar bayram tədbirlərində “Solo Türk” və “Türk ulduzları” qrupuna daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçiriləcək. Avia-şounu iyunun 26-da, hərbi paraddan sonra saat 12.30-da Dənizkənarı Milli Park ərazisindən izləmək mümkün olacaq. Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Xəbər xətti