Ana səhifə
26 Sentyabr 2018

Azərbaycanda nazir vəfat edib

Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib. Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yavər Camalov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Məlumatı mərhum nazirin ailəsinə yaxın mənbələr təsdiqləyib. Xatırladaq ki, 69 yaşlı mərhum nazir bir neçə dəfə İsraildə müalicə olunmuşdu Qeyd edək ki, ötən ilin sentyabrında Y.Camalovun oğlu 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişmişdi. Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.1972 – 2006-cı illərdə neft sahəsi üzrə müxtəlif qurumlarda çalışıb. Prezident İlham Əliyevin 18 mart 2006 - cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib. Evlidir, 2 oğlu var. Allah rəhmət eləsin.
Tarix
23 İyun 2018 [19:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin