DÇ-2018: Bu gün II turun daha 3 oyunu keçiriləcək

09:19 - 23 İyun 2018 - İDMAN

Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında II turun növbəti görüşləri keçiriləcək. Günün ilk qarşılaşması Belçika və Tunis yığmaları arasında oynanılacaq. G qrupunun ilk turunda Belçika Panamanı 3:0 hesabı ilə üstələyib. Tunis isə İngiltərəyə 1:2 hesabı ilə məğlub olub. Belçika qələbə qazanacağı təqdirdə, növbəti mərhələni böyük ölçüdə təmin edəcək. Bu gün həmçinin F qrupunda iki oyun keçiriləcək. Cənubi Koreya Meksika ilə, Almaniya isə İsveçlə qarşılaşacaq. İlk turda Almaniya Meksikaya 0:1 hesabı ilə uduzub. İsveç yığması isə Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub edib. Almaniya bu matçda da qələbə qazana bilməsə, növbəti mərhələ şanslarını çətinləşdirəcək.  DÇ-2018 23 iyun II tur G qrupu 16:00. Belçika- Tunis Hakimlər: Ceyr Marrufo, Kori Rokuell (hər ikisi ABŞ), Xuan Zumba (Salvador), Andres Kunya (Uruqvay) Moskva, "Spartak" stadionu F qrupu 19:00. Cənubi Koreya - Meksika Hakimlər: Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Con Pitti (Panama) Rostov-Don, "Rostov Arena" 22:00. Almania - İsveç Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkieviç (hamısı Polşa), Ryuji Sato (Yaponiya) Soçi "Fişt" stadionu Report

Xəbər xətti