Ermənistan və Azərbaycan XİN başçıları Minskdə görüşüblər

18:09 - 22 İyun 2018 - SİYASƏT

Azərbaycan və Ermənistan xarici İşlər nazirləri arasında ayaqüstü görüş olub.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan “Twitter”səhifəsində yazıb.Nazirlərin ilk görüşündən foto paylaşan T.Balayan, “Ermənistan XİN başçısı Zöhrab Mnaçakanyan həmkarları ilə, eləcə də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb, ünsiyyət qurur”, şərhini əlavə edib.

Qeyd edək ki, E. Məmmədyarov "Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Belarusun paytaxtı Minsk şəhərində səfərdədir. 


Xəbər xətti