Rusiya Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləyib

17:27 - 22 İyun 2018 - Xəbər

Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləyib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilib. Sənədi iyunun 21-də Rusiya baş naziri Dimitri Medvedev imzalayıb.
Qərarda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanla razılaşdırılmış Konvensiya layihəsinin bəyənildiyi qeyd edilir.

Qərarda o da bildirilir ki, Konvensiya imzalanmaq üçün Rusiya prezidentinə təqdim edilsin.

Xəbər xətti