Jurnalistlər üçün müsabiqə elan olundu

17:14 - 22 İyun 2018 - Xəbər

Dövlət Gömrük Komitəsi və Mətbuat Şurası gömrük xidmətində həyata keçirilən genişmiqyaslı islahatlar, əldə olunan nailiyyətlər, tətbiq edilən yeni texnologiyalar, qabaqcıl təcrübə, beynəlxalq əməkdaşlıq, gömrük-biznes əməkdaşlığı və digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə yazı müsabiqəsi elan edir.

Şuradan Ucnoqta.az-a verilən məlumata görə, “Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları” mövzusunda yazı müsabiqəsi 22 iyul Milli Mətbuat Gününə həsr olunur.
Mükafatlandırılma aşağıdakı formada aparılacaq:

I yer – 1 nəfər - 1000 manat
II yer – 1 nəfər - 800 manat
III yer – 1 nəfər - 500 manat

Həvəsləndirici mükafat 10 nəfər - 100 manat

Müsabiqəyə sənədlərin qəbulu rəsmi iş günləri saat 10.00-dan 17.00-dək Azərbaycan Mətbuat Şurasına həyata keçiriləcək.
Müsabiqə mükafatçılarının adları 22 iyul - Milli Mətbuat Günü ərəfəsində açıqlanacaq. 

Xəbər xətti