Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə konsert keçiriləcək

19:04 - 22 İyun 2018 - Xəbər

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə hərbi mahnılardan ibarət konsert keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə iyunun 23-də saat 17:00-dan 21:00-dək Dənizkənarı Milli Parkda (Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yanındakı geniş meydanda) Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestri və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi konsert proqramı ilə çıxış edəcək.

Xəbər xətti