Ana səhifə
22 İyul 2018

Azərbaycanda əcnəbilərin qeydiyyatı ilə bağlı müddət dəyişdirilir

Azərbaycana daxil olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı ilə bağlı müddətin dəyişdirilməsi təklif edilir.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə Miqrasiya Məcəlləsinin 21-ci(Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması) maddəsinə dəyişiklik edilməsi ilə bağlı layihə təqdim olunub.
Layihəyə əsasən, artıq Azərbaycanda 10 gündən yox, 15 gündən artıq müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər ölkədə olduqları yer üzrə qeydiyyata alınmalıdırlar.

Layihə Milli Məclisin iyunun 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Tarix
22 İyun 2018 [16:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin