DÇ-2018-də futbolçuların aldıqları sarı vərəqələri ləğv olunacaq

18:47 - 22 İyun 2018 - İDMAN

 Dünya çempionatında futbolçuların aldıqları tək sarı vərəqələr 1/4 final mərhələsindən sonra ləğv olunacaq. 

"Report"un məlumatına görə, bu barədə "Sport-Ekspress"ə FİFA-dan açıqlama verilib. Bu isə o deməkdir ki, mərhələ adlayan komandaların aparıcı futbolçuları həlledici matçlarda iştirak edə biləcəklər. Sözügedən qayda əvvəlki mundiallarda da qüvvədə olub.
İki sarı və qırmızı vərəqəyə görə diskvalifikasiya isə yenə tətbiq ediləcək.

Xəbər xətti