Azərbaycanda İran Mədəniyyət Günləri keçiriləcək

16:24 - 22 İyun 2018 - Xəbər

Azərbaycanda İran Mədəniyyət Günləri keçiriləcək.

Bunu İran Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi keçirdiyi mətbuat konfransında  deyib.  Ə. Farsi bildirib ki, Mədəniyyət Günləri çərçivəsində 27 iyun - 1 iyul tarixlərində Azərbaycan Mədəniyyət Nazirliyinin ev sahibliyi ilə Bakı və Gəncə şəhərlərində mədəni toplantı və mərasimlərin keçirilməsi nəzərdə tutulub. İran incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin keçirilməsi, film və teatr tamaşalarının nümayişi də planlaşdırılır. İran milli orkestri də ilk dəfə olaraq Bakıda çıxış edəcək.

Mədəniyyət Günləri məqsədlə İranın mədəniyyət və islami irşad naziri, doktor Seyid Abbas Salehinin başçılığı altında İranın tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək. apa

Xəbər xətti