Ana səhifə
19 Sentyabr 2018

Nazirlik qanunsuz balıq ovu ilə bağlı reyd keçirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə reyd keçirilib.

Ucnoqta.az xəbər verir ki. ETSN-dən verilən məlumata görə, Xəzər dənizinin Corat və H.Z.Tağıyev qəsəbələri istiqamətində keçirilən reydlər zamanı qəsəbə sakinləri Qulu və Elman Ağayevlər, Allahyar Bədəlov qanunsuz balıq ovu edərkən saxlanılıb və onlardan 18 ədəd kütüm, 7 ədəd nərə balığı və ov alətləri götürülüb. Qanun pozucuları barəsində balıq ehtiyatlarına vurulan ziyanla bağlı kütümə görə 594 və nərəyə görə isə 1540 manat məbləğində iddia qaldırılıb.

Mingəçevir su anbarının Xanabad kəndi və Samux rayonu ərazilərində keçirilən reydlər zamanı Mingəçevir şəhər sakinləri Azər Dünyamalı və Ramin Bayramsoy qanunsuz balıq ovu edərkən saxlanılıb. Qanun pozucularından 45 ədəd şahmayı balığı götürülərək barələrində balıq ehtiyatlarına vurulan ziyana görə ümumilikdə 1485 manat məbləğində iddia qaldırılıb.

Faktlarla bağlı qanun pozucuları barəsində cərimə qərarlarının çıxarılması və qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.

Tarix
22 İyun 2018 [18:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin