Ağsu dolaylarında yol çöküb

15:10 - 22 İyun 2018 - Xəbər

Bakı-Şamaxı-Yevlax yolunda çökmə olub.

Hadisə yolun Ağsu dolaylarından keçən hissəsində baş verib. Yolun çökən hissəsi bağlanıb və avtomobillərin girişi qadağan edilib. Hazırda nəqliyyat vasitələri həmin ərazidə çəkilmiş alternativ yoldan istifadə edirlər.

Xatırladaq ki, Ağsu dolaylarında son illərdə bir neçə dəfə çökmə hadisəsi baş verib.trend

Xəbər xətti