CinemaPlus Gənclik Mall-da Elvin Novruzun klipinin təqdimatı keçirilib- Video

13:32 - 22 İyun 2018 - MAQAZİN

CinemaPlus Gənclik Mall-da ölkənin əsas vokal şousu olan «The Voice of Azerbaijan»ın yarımfinalçısı Elvin Novruzovun (L`veen) “Dərdverən” adlı klipinin təqdimatı baş tutub.  

Tədbirdə klipin yaradılmasında iştirak edən şəxslər, incəsənət və media nümayəndələri iştirak edib. 
Həmçinin tədbirdə Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva, Samir Cavadzadə, Samirə Əfəndi, Vlada Axundova, Tofiq Hacıyev, Ruslan Alişan, Aliyə Rəhimova, Ləman Dadaşova və başqaları iştirak edib. 
Təqdimatdan sonra klipin yaradıcı kollektivi çıxış edib. 
Musiqinin müəllifi – Elvin Novruzov, rejissor və sözləri – Tofiq Hacıyev. Aranjirovka – Dj Reed Russel, Mix/Master – Emil Əliyev, operator – Ramil Niftəliyev. 
Klipdə həmçinin Cessika, Yana və Emil Adıgözəlli kimi rəqqas və rəqqasələr çəkilib. 

 


Xəbər xətti