Kürdə batan Yevlax sakininin meyiti tapılıb

13:28 - 22 İyun 2018 - HADİSƏ

Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun axtarışları başa çatıb.

Ucnoqta.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, C.Əlilinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.​

Xəbər xətti