Argentina millisinin futbolçuları baş məşqçiyə qarşı çıxıb

13:17 - 22 İyun 2018 - İDMAN

Dünya çempionatında uğursuz çıxış edən Argentina millisində qalmaqal yaranıb.

Bu barədə məlumatı yerli jurnalistlərdən biri tvitter səhifəsində yazıb. O bildirib ki, cənubi amerikalıların futbolçuları İslandiya və Xorvatiya ilə qarşılaşmadakı uğursuzluğu baş məşqçi Xorxe Sampaoli ilə əlaqələndirirlər və Nigeriya ilə qrupun son matçında onun rəhbərliyi altında oynamaq istəmirlər. Bununla bağlı oyunçular Argentina Futbol Federasiyasına müraciət ediblər. Komandanı afrikalılarla görüşə 1986-cı ildə Argentina ilə dünya çempionu olan Xorxe Burruçaqa çıxara bilər.

Qeyd edək ki, İslandiya ilə heç-heçə edib (1:1), Xorvatiyaya məğlub olan (0:3) Argentina qrupun son turunda iyunun 26-da Nigeriya ilə qarşılaşacaq.

Xəbər xətti