Bakıda ən çox ağac kəsilən rayonların adları

12:04 - 22 İyun 2018 - Xəbər

Ötən 2-3 ay ərzində Bakıda ağac kəsilməsi halları daha çox Suraxanı, Nəsimi, Xətai, Binəqədi, Yasamal rayonlarında qeydə alınıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. İ.İbrahimova əlavə edib ki, bölgələrdən ağacların kəsilməsi halları ilə bağlı Kürdəmir, İmişli, Qazax, Qəbələ, İsmayıllı, Quba və digər rayonlardan şikayətlər daxil olub. Ağac kəsilməsi halları ilə bağlı ən az şikayət isə Xəzər və Qaradağ rayonlarından daxil olub. Onun sözlərinə görə, ağac kəsilməsi halları azalsa da, belə hallar yenə də baş verir. Bu məsələ ilə bağlı ictimai qınağın olmasını vacib sayan İ.İbrahimova qeyd edib ki, ağaclar daha çox sahibkarlar tərəfindən kəsilir.

Xəbər xətti