Məşhur professor sahibkarlar üçün təlim keçib

14:20 - 21 İyun 2018 - Xəbər

 “CAMCA”,  “Entrepreneurs Bootcamp” layihəsi çərçivəsində ADA universitetində Azərbaycan, Qırğızıstan, Gücüstan, Monqolustan, Rusiya, Tacikistan, Qazaxıstan, Əfqanıstandan olan sahibkarlar üçün “CAMCA Network”, “Microsoft” şirkəti və “ADA” Universitetinin təşkilatçılığı, “AzərTürk” Bank və  Mərkəzi Asiya Amerika Universitetinin sponsorluğu ilə beynəlxalq miqyaslı təlim keçirilib.

Şirkət təlim keçmək üçün dünyanın ən aparıcı biznes məktəblərindən olan “INSEAD”dan məşhur professor Ash Singh-i dəvət edib. 
Təlim və ümumilikdə “Entrepreneurs Bootcamp”  layihəsi sahibkarlıqla məşğul olan təcrübəli iş adamlarının bu sahədə peşəkarlaşması  və yeni investorlar cəlb etməsi üçün nəzərdə tutulub. Təlim iştirakçıları proqramdan sonra investorlar qarşısında öz layihələrini yüksək səviyyədə təqdim etmək və uğurlu nəticə əldə etmək bacarığına yiyələniblər.
Həmçinin, təlimdə iştirak edən sahibkarlar sertifikat, proqramdan sonra 30 gün müddətində portala giriş və mentorluq,  Ash Singh və Laith Dajani tərəfindən keçiriləcək konfransda qonaq spiker qismində iştirak etmək imkanı əldə ediblər. 

 “CAMCA” hər il geosiyasi, geoiqitsiadi regional və beynəlxalq təhlükəsizlik, sahibkarlıq, investisiya imkanları, nəqliyyat və digər mövzulara fokuslanan forumdur. 

 


Xəbər xətti