Ana səhifə
14 Dekabr 2018

Yol hərəkəti qaydasını pozan DYP əməkdaşı CƏZALANDIRILDI - VIDEO

Həmin əməkdaş cəzalandırılaraq avtomobildən düşürülüb və piyada xidmətə cəlb olunub

Sosial şəbəkələrdə 99 YP 250 dövlət nömrə nişanlı, YPX avtomobili Gülüstan sarayı yaxınlığında yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Həmin video DYP rəhbərliyi tərəfindən araşdırılıb və avtomobili idarə edən inspektor barəsində tədbir görülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik leytinantı Cəmşid Hənifəyev məlumat verib. Bildirib ki, videogörüntü yayıldıqdan dərhal sonra araşdırma aparılıb. Həmin vaxt avtomobili idarə edən inspektor, polis serjantı Fuad Qasımov barəsində İXM uyğun olaraq 100 manat 4 bal məbləğində cərimə tətbiq edilib.

Eyni zamanda kobud qayda pozuntusuna yol verdiyi üçün həmin əməkdaş cəzalandırılaraq avtomobildən düşürülüb və piyada xidmətə cəlb olunub. 

Tarix
21 İyun 2018 [13:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin