FİFA Meksika yığmasını cərimələdi

13:48 - 21 İyun 2018 - İDMAN

FIFA dünya çempionatında mübarizə aparan Meksika yığmasını cəzalandırıb.

Buna meksikalı fanatların Rusiyadakı davranışları səbəb göstərilir. Qrup mərhələsinin ilk turunda Almaniya ilə oyun (1:0) zamanı Meksika yığmasının azarkeşləri rəqib qapıçı Manuel Noyerə təzyiq göstərmək üçün müxtəlif təhqirlərə əl atıblar. Dünya futbol qurumu buna görə Meksika Futbol Federasiyasını 10 min dollar məbləğində cərimə edib.qafqazinfo

Xəbər xətti