Azərbaycan ət idxalını 7%-dən çox azaldıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 27 mln. 54,78 min dollar dəyərində 18 450,52 ton ət idxal edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib. Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 5 ilə müqayisədə 1 mln. 514,02 ton və ya 7,58% azdır. Məbləğ baxımından isə illik nisbətdə  2 mln. 392,12 min dollar və ya 8,12% azdır.

Qeyd edək ki, 2017-ci ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 29 mln. 446,90 min dollar dəyərində 19 964,54 ton ət idxal edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında ət məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,7%-ni təşkil edib.

Tarix
21 İyun 2018 [18:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin