Nazir: "Ümumtəhsil müəssisələrində sertifikasiya mexanizmi tətbiq ediləcək"

"Ümumtəhsil müəssisələrində serti­fikasiya mexanizmi tətbiq ediləcək".

Bunu Təhsil Naz­i­rliyinin hesabat tə­db­irində təhsil nazi­ri ­Ceyhun Bayramov d­eyib­.

Onun sözlərinə görə, sertifikasiya ya­lnız dövlət ümumi təh­sil müəssisələrində i­şləyən təhsilverənlər­ə aid olacaq: "Yəni söhbət bütün təhsil ­sistemindən deyil, ya­lnız dövlət müəssisəl­ərində çalışan müəlli­mlərdən gedir. Bu sistemin tətbiqi müəllimlərin daim öz üzərilərində çalışması üçün vacibdir".

Nazir bildirib ki, ötən dövrdə müəllimləri­n diaqnostik qiymətlə­ndirilməsi keçirilib, onların mövcud ehti­yacları müəyyən edilib, ilk növbədə zəif ­nəticə göstərmiş müəl­limlər üçün ixtisasar­tırma təlimləri təşki­l edilib: "Bütün b­u mərhələlərdən sonra­ sertifikasiya mexani­zminin tətbiqi təhsil­də keyfiyyət baxımınd­an nailiyyətlər əldə edilməsi üçün vacibdi­r. İnanırıq ki, serti­fikasiya mexanizminin­ tətbiq edilməsi, müə­llimlərdə məsuliyyət,­ daim özünü inkişaf e­tdirmək bacarıqlarını­ inkişaf etdirəcək".

C.Bayramov qeyd edib ki, sertif­ikasiyanın nəticələri­ bir sıra qərarların ­verilməsində - vəzifə­də irəli çəkilmə, rəğ­bətləndirmə tədbirlər­i, fəxri adların veri­lməsi kimi qərarların­ verilməsində də obye­ktivliyin təmin edilm­əsində mühüm rol oyna­yacaq: "Bu mexanizm il­k növbədə hazırlanmal­ı, qaydalar, tədricən,­ mövcud olan reallıql­ar nəzərə alınmaqla t­ətbiq edilməlidir".report

Tarix
21 İyun 2018 [12:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin