Ana səhifə
19 Sentyabr 2018

Bakıda 14 marşrut xəttinin hərəkət istiqaməti müvəqqəti dəyişdirilir

Bakıda 14 marşrut xəttinin hərəkət istiqaməti müvəqqəti dəyişdirilir

Ucnoqta.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi parad və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq, Neftçilər prospekti – Azneft dairəsi və ətraf küçələrdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Belə ki, 24-26 iyun tarixlərində mərasim tam başa çatanadək 1, 2, 4, 5, 6, 18, 21, 32, 46, 65, 88, 125, 175 və H1 (Hava limanı-28 may metrostansiyası ekspres xətti) marşrut xətləri üzrə avtobusların hərəkəti tətbiq ediləcək məhdudiyyətlərə uyğun təşkil ediləcək.

26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə xalqımızı və qüdrətli Ordumuzun bütün şəxsi heyətini Bakı Nəqliyyat Agentliyinin kollektivi adından təbrik edir, güclü dövlətin güclü ordusu olaraq düşmən üzərində daha parlaq və qətiyyətli qələbələr arzu edirik.

Tarix
21 İyun 2018 [10:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin