Ana səhifə
20 Sentyabr 2018

Şamaxıda kişi arvadını bıçaqlayıb

Şamaxı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Meysəri kəndində 1986-cı il təvəllüdlü yerli sakin Əlqəmayeva Zəhra Güloğlan qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Dörd bıçaq zərbəsi alan qadın yaxınlarının köməkliyi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məlumata görə, Z.Əlqəmayeva sifətin sağ nahiyəsinin ağız boşluğuna dəlib keçən yaraları, üz, alın və baş nahiyəsindən kəsilmiş-deşilmiş yaralar ilə Cərrahiyyə şöbəsinə daxil olub. Xəstəyə ilkin tibbi yardım göstərilib. Xəstə cərrahi əməliyyatdan sonra palataya yerləşdirilib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Ər-arvad arasında bundan əvvəl də bənzər bıçaqlanma hadisəsinin yaşandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
21 İyun 2018 [10:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin