Ana səhifə
22 May 2018

“Bizi iki çox çətin oyun gözləyir”

Milli komandamızın sabiq üzvü, "Neftçala" klubunun baş məşqçisi Kamal Quliyev Qol.Az saytına müsahibəsində yığmamızın "Avro-2016"nın seçmə mərhələsində İtaliya ilə qarşılaşacağı oyun haqda sualları cavablandırıb.

 

 

- Millimizin İtaliya və Xorvatiya ilə qarşıdan gələn seçmə mərhələ oyunlarından nə gözləyirsiniz?

- Vaxtilə İtaliya millisinə qarşı oynamışam. Xorvatiya haqda isə onu deyə bilərəm ki, xorvatlar döyüşkən millətdir. Avropanın öndə gedən futbol ölkələrindəndir. Yəni bizi iki çox çətin oyun gözləiyr. İtaliya yığması Avropa nəhənglərindəndir. Hazırkı heyətləri də güclü futbolçulardan təşkil onlunub. Ancaq futbol təsadüflərlə dolu bir oyundur. Real danışsaq, etiraf etməliyik ki, bu gün  İtaliya millisini məğlub edə bilmərik. Əlbəttə ki, hər oyunda olduğu kimi bu dəfə də meydana qələbə üçün çıxacağıq. Yeganə şansımız o ola bilər ki, rəqib bizi dəyərləndirməsin, bizə yuxarıdan aşağı baxsın. Yeganə ümidimiz bunadır. Hazırda futbolçularıməız yaxşı formadadır. Çünki çempionatın elə bir vaxtıdır ki, onlar oyun təcrübəsindən əziyyət çəkmir Meydana çıxıb, sona qədər mübarizə aparmaq lazımdır. Həmişə demişəm ki, biz İtaliya, Portuqaliya, İngiltərə ilə oynadığımız vaxtlar rəqiblərimiz indikindən qat-qat güclü idi. Biz o dövrkü şəraitlə yaxşı mübarizə aparırdıqsa, niyə indi hər cür şərait yaradılmış futbolçularımız rəqiblərindən xal almasın? Bizim də bir millət kimi mübarizliyimiz, döyüşkənliyimiz var. Bunun sayəsində qarşıdakı oyunlardan üzüağ çıxa bilərik.

 

 

- İtaliya millisinin əvvəllər daha güclü olduğunu dediniz. Bizim yığmamız necə, inkişafa doğru gedibmi?

- Xeyr, çox təəssüflər olsun ki, millimiz haqda bunu söyləyə bilmərik. Ancaq bu, komandamızın bütün futbolçularına şamil olunmur. Yığmamızda oyuna canını qoyan futbolçular da var. Bu, vacib şərtdir. Fikir verin, biz oynayan dövrdə komandamızda, texnika və fiziki hazırlıq indikindən aşağı səviyyədə idi. Ancaq biz mübarizliyimizin sayəsində istənilən rəqibimizə qarşı layiqli mübarizə aparırdıq. Hazırda da bunun vasitəsilə nəsə əldə edə bilərik.

 

 

- Milli komandanın mübariz olması üçün nə lazımdır?

- Baş məşqçinin oyunçu seçimindəm çox şey asılıdır. Hər bir məşqçi öz oyun sisteminə uyğun futbolçu seçir.  Demək olar ki, hər oyunda Foqts eksperment edir. Ancaq öz futbolçularımıza güvənmək lazımdır. "Qarabağ"ın futbolçusu Reynaldo Silvanın milliləşdirilməsi xeyli müzakirə olundu. Mən də istəyərdim ki, o, milli komandamıza xeyir versin. Bu, çox yaxşı olardı. Millimizə Reynalo tipli bir futbolçu lazımdır. Reynaldo əks-hücumlarda sürətinin hesabına rəqibi cəzalandıra bilən futbolçudur. Biz oynayan dövrdə belə futbolçu Zaur Tağızadı idi. İndi millimizdə bu cür futbolçu yoxdur, hələ ki, yetişmir. İndi millimizdə yeni futbolçular görürük. Adı bizim adlara oxşayan başqa millətlərdən olan futbolçu bizə heç nə verməyəcək. Komandamızın mübariz olması üçün damarında bizim qanımız axan futbolçular çağırılmalıdır milliyə.

 

 

- Foqtsun ekspermentlərindən danışdınız. Sizcə, 6 il eksperment aparmaq nə dərəcədə düzgündür?

- Altı il kifayət qədər böyük bir zamandır. Altı ildə çox iş görmək olar. Gəlin, adi bir bənzətmə edək. Qurban Qurbanov altı il öncə "Qarabağ"ın sükanı arxasına keçdi. Bu illər ərzində onun komandası üçün etdikləri göz qabağındadır. "Qarabağ" hazırda altı ilin ən gözəl komandasıdır. Biz bunun şahidiyik ki, "Qarabağ" ildən-ilə artırdı. Ancaq millimizdə son altı ildə heç bir irəliləyiş yoxdur axı. Altə ildə Qurbanovun da gördüyü işə baxın, Foqtsun da. Avropanın ortabab futbol ölkələrində baş məşqçi iki il ərzində nəticə vermirsə, onu əvəzləyirlər. Bu, belə də olmalıdır. İşinin öhdəsindən gəlməyən vəzifəsindən göndərilməlidir.

 

 

- Vaqif Cavadov və Mahir Şükürovun milliyə dəvət olunmaması sizi də təəccübləndirdi?

- Həqiqən mənə də çox maraqlı gəldi ki, bu futbolçular niyə milliyə dəvət almadı? Hər iki futbolçu millimizə böyük xeyir verə bilərdi. Foqtsun bu qərarı mənə də qaranlıq qaldı. Həm Vaqif, həm də Mahir hazırda millimizə çox lazımdır.

 

 

- "Neftçala"da işlər necə gedir?

- Şükürlər olsun ki, hər şey qaydasındadır. Qısa bir müddət ərzində komandada az da olsa iş görmüşük. Qeyd etdiyim kimi, bir məqşçiyə müəyyən qədər vaxt lazımdır ki , öz biliyini komandaya aşılasın. Artıq çempionatda beş tur arxada qalıb. Dörd qələbə və bir heç-heçə ilə turnir cədvəlinin ilk pilləsində yer almışıq. Ancaq görüləsi işlərimiz çoxdur. Çünki futbol gündən-günə inkişaf edir. Çalışıram ki, futbolun tələb etdiyi bütün yenilikləri komandama tədbiq edib. Sevindirici haldır ki, gənc və prespektivli futbolçularımz var. Onlar 1-2 ildən sonra klublarımızda ad qoyacaqlar. Buna inanıram. Yalnız hakim idarəçiliyindən həddindən artıq narazıyam. Vüsal Əliyev, Anara Niyazov, Anar Salmanov kimi yaxşı hakimlərimiz var. Mən Rəhim Həsənovu da yaxşı hakimlər sırasında görürdüm. Ancaq bizim "Şuşa" ilə son oyunumuzda Rəhim Həsənov çox gülünc səhvlərlə yadda qaldı. Avropa oyunlarını idarə edən hakimdən birinci divizionda belə bərbad idarəçilik gözləmirdim.  Təssəvvür edin ki, rəqibin qapısına üç penalti təyin olunmalı idi. Ancaq hakim heç bir epizodda penalti qərarı vermədi. Rəqib futbolçusu cərimə meydançasının içində topu əli ilə qabağın atıb, sonra zərbə vurur. Sanki küçə futboludur. Bütün bunlara so qoymaq lazımdır. Birinci divizion nəzarətsiz qalmamalıdır. Hakimlikdən çox narazıyam.

Tarix
9 Oktyabr 2014 [18:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin