Ana səhifə
14 Noyabr 2018

Mətbuat Şurasının sədri Albaniyada səfərdədir

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 51-ci plenar sessiyasında, həmçinin Hüquqi və siyasi məsələlər üzrə Komitəsinin iclasında iştirak etmək üçün Albaniyanın paytaxtı Tirana şəhərində səfərdədir.

Mətbuat Şurasından Ucnoqta.az-a verilən məlumata görə, Milli Məclisin deputatı Eldar Quliyevin rəhbərlik etdiyi parlament nümayəndə heyətinin tərkibinə Ə.Amaşovla yanaşı, deputatlar Jalə Əliyeva, Aydın Mirzəzadə və Musa Quliyev daxildir. 

Sessiyada QDİƏT Parlament Assambleyasının fəaliyyəti barədə hesabat dinlənilib, təşkilata üzv dövlətlərin iqtisadi, ekoloji, mədəni və sosial inkişafının ümumi məqsədləri, bu ölkələrdə rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri, mədəni əməkdaşlığın möhkəmləndirilməsi və multikulturalizm mövzuları müzakirə olunacaqdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev Siyasi və hüquqi məsələlər üzrə komitənin məruzəçisidir. Onun məruzəsi “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzusunda olacaq. Həmçinin mədəniyyət, elm və sosial məsələlər üzrə komitə üzvləri, millət vəkilləri Jalə Əliyeva və Musa Quliyevin, İqtisadi, ekoloji və yüksək texnologiyalar məsələləri üzrə komitənin üzvü Ə.Amaşovun çıxışları da nəzərdə tutulub.

Tarix
20 İyun 2018 [16:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin