Ana səhifə
19 Sentyabr 2018

Bakıda dəhşətli qəza: bir ailənin 3 üzvü öldü

Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib.

Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, Pirallahı yolunda "VAZ 2106" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb. Zərbənin gücündən avtomobilin arxa oturacağında əyləşən gənc qadın və 4 aylıq körpəsi hadisə yerində vəfat edib. Avtomobili idarə edən 33 yaşlı İsmixan Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, "VAZ 2106" markalı minik avtomobilinin qəzaya düşməsi nəticəsində sürücünün həyat yoldaşı Sona Əliyeva və övladı, 4 aylıq Rəna hadisə yerində vəfat edib.
Qəzanı törədən sürücü vəfat edən uşağın atası olub.
Faktla bağlı araşdırma aparılır.

Tarix
20 İyun 2018 [16:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin