Ana səhifə
23 İyul 2018

Hacı Nuran Hüseynov təltif olundu

Xeyirxah Platformasının təşkilatçılığı ilə Həyat Fondunun prezidenti Hacı Nuran Hüseynov və tanınmış teleaparıcı Azər Süleymanlı  xeyirxah könüllülərlə görüşüblər.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ofsində baş tutan görüşdə Xeyirxah Platformasının rəhbəri Çingiz Səfərov qonaqları salamladıqdan sonra, xeyirxah əməli ilə dəstək olan Hacı Nuran Hüseynova təşəkkür etdi. Qonaqlar xeyirxah işlərlə bağlı öz dəyərli fikirlərini gənclərlə  bölüşüblər.

Görüş əsnasında Xeyirxah Platforması adından Çingiz Səfərov Hacı Nuran Hüseynovu “Xeyirxah Platformasının Fəxri Rəhbəri” adına layiq görərək simvolik mükafatla təltif etdi. Daha sonra xeyirxah komandasının üzvlərindən olan Almaz Əliyeva və Aytac Kərimova qonaqlara öz hədiyyələrini təqdim etdilər. Qonaqlara dəstəyə görə Xeyirxah Platforması adından, eləcə də ATGTİ adından təşəkkür edildi. Sonda qonaqlarla birgə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, platformanın fəaliyyəti ilə www.xeyirxah.com saytından tanış ola bilərsiniz.

Tarix
20 İyun 2018 [15:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin