Azərbaycan avtomobil idxalını 3 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 7 294 ədəd avtomobil gətirilib.

Ucnoqta.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 637 ədəd və yaxud 2,75 dəfə çoxdur.

Ölkəyə gətirilən avtomobillərin 37 ədədi və yaxud 0,51%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 6 464 ədədi və yaxud 88,62%-i, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 743 ədədi və yaxud 10,12%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 50 ədədi, yaxud 0,69%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Ötən ilin ilk 5 ayına nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 1 ədəd və yaxud 2,78% artıb, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2,89 dəfə və yaxud 4 224 ədəd artıb, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 396 ədəd və yaxud 2,14 dəfə artıb. Əvəzində xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 16 ədəd və yaxud 47,06% artıb.

Tarix
20 İyun 2018 [19:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin