Ana səhifə
19 Sentyabr 2018

İtaliyada göldə batmış azərbaycanlı tələbənin meyiti tapılıb

“Oğlum Elnur Babayevin meyiti iyunun 18-i yerli vaxtla axşam saat 18:00 radələrində tapılıb”.

Ucnoqta.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında iyunun 2-də Roma yaxınlığında Albano gölündə batmış azərbaycanlı tələbənin atası Rafiq Babayev deyib. Hazırda İtaliyada olan R. Babayev bildirib ki, axtarış işləri son 3 gündə gücləndirilmiş rejimdə aparılıb: “Gölə xüsusi gəmi cəlb etdilər. Daha sonra meyitin 80-90 metr dərinlikdə təxmini yerini müəyyənləşdirdilər. Meyit xüsusi robot qurğusu ilə sudan çıxarıldı. Tanınma həyata keçirildi, meyit ekspertiza üçün xəstəxananın "morq"una göndərildi. Bu gün yerli vaxtla saat 12:00-də ekspertizanın rəyi açıqlanacaq. Sonra səfirliyin köməkliyi ilə meyitin Azərbaycana göndərilməsi üçün sənədləşmə proseduru həyata keçiriləcək. Meyitin Azərbaycana göndərilməsi iyunun 22-23-nə nəzərdə tutulub”.

*** 10.57

İtaliyada göldə boğulan azərbaycanlı tələbənin meyiti tapılıb. Bu barədə APA-ya həmin tələbənin yaxın qohumu Natəvan Seyidzadə məlumat verib.
O bildirib ki, meyit 2 gün öncə axşam saatlarında tapılıb: “Hazırda meyitin Bakıya gətirilməsi ilə bağlı sənədləşmə işləri aparılır. Yəqin ki, meyit iyunun 22-də Bakıya gətiriləcək”.
Qeyd edək ki, Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi, 29 yaşlı Elnur Babayev iyunun 2-də Kastel Qandolfo şəhərindəki Albano gölündə boğulub.

O, ailənin yeganə oğlan övladı idi.

Tarix
20 İyun 2018 [12:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin