Ana səhifə
23 İyul 2018

Şərqi Avropa və Cənubi Qafqazda gənclərin qərarvericilik prosesində iştirakı gücləndiriləcək

“Gənclərin Şərqi Avropa və Cənubi Qafqazda iştirakının və qərarvericilik qüvvəsinin gücləndirilməsi” layihəsi başa çatıb.

Avropa Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “Gənclərin Şərqi Avropa və Cənubi Qafqazda iştirakının və qərarvericilik qüvvəsinin gücləndirilməsi” layihəsi başa çatıb. 4 gün davam edən layihədə Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna, Rumıniya, Bolqarıstan, Moldova, Türkiyənin Milli Gənclər Şuralarının 20 gənc nümayəndəsi iştirak edib. 

Layihənin məqsədi Şərqi Avropa və Cənubi Qafqaz regionlarında gənclərin qərarvericilik prosesində iştirakının gücləndirilməsi üçün Milli Gənclər Şuraların tərəfindən hazırlanan iştirak mexanizminin tərtib olunmasından ibarətdir.
Şərqi Avropa və Cənubi Qafqaz bölgəsinin Gənclər Şəbəkəsinin Milli Gənclər Şuralarının nümayəndələrinin iştirakı ilə keçirilən layihədə ilkin olaraq öz Azərbaycanda və digər ölkələrdə gənclər siyasəti bağlı analiz aparıblar və bu sahədə olan problemlər müzakirə olunub. Növbəti günlərdə iştirakçılar qruplara bölünərək müzakirələr əsasında problemlərin həlli istiqamətində strateji planın hazırlayıb təqdimatını keçiriblər. Tədbirin sonuncu günündə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev layihənin iştirakçıları ilə görüş keçirib. Görüşdə Nazirliyinin iş strukturu, fəaliyyəti, Azərbaycan gənclər siyasətindən, dövlətin gənclərə dəstəyindən və bu sahədə görülən işlərdən danışılıb.  Qeyd edək ki, iştirakçılar müzakirə əsasında müəyyən olunmuş məqsədlərə çatması istiqamətində hazırlanmış strateji plan üzrə öz ölkələrinə fəaliyyətə başlayacaqlar. Belə ki, gənclər öz ölkələrində gənclərlə işləyən dövlət qurumlara müraciət edərək, gənclərin təmsil olunduğu Məşvərət Şuraların yaradılması üçün ictimai vəkillik göstərəcəklər. 
Layihə iştirakçısı, Türkiyə Milli Gənclər Şurasının nümayəndəsi Həsən Oğuzxan: “Bu layihə Şərqi Avropa və Cənubi Qafqazda Milli Gənclər Şuralarının gənclərinin iştirakını və onların iştirakı ilə strateji planın hazırlanmasınının məqsədinin daşıyır. Bu bir dairədi: hədəf qrupununun iştirakçılığını təblig etməklə , onu ilhamlandırmiş oluruq. Beləliklə, iştirakçılıq gənclər işi  və Milli Gənclər Şuraları üçün mühim mövzulardan biridir və  biz bu mövzuya xüsusi diqqət ayırmaq üçün buradayıq”.
Layihə iştirakçısı, Rumıniya Milli Gənclər Şurasının nümayəndəsi Qabriyel: “Mən hesab edirəm ki, gənclər bu mövzuda proqramlarda Iştirak etməyə layiqdirlər çünki, onlar yerləşdikləri  şəhərdə işləməlidirlər, çünki öz şəhərlərində mövcud olan problemlər barədə daha çox məlumata sahibdirlər və onlar cəmiyyətlərində bu məsələləri həll etmək mərhələlərində iştirak edə bilərlər. Bizim cəmiyyətimizdə, iştirakçılıq, fəallıq, bizim üçün çox vacibdir, çünki biz gələcəyimizi yaradırıq və bizim ölkələrimizin gələcəyi ilə maraqlanmalıyıq. Beləliklə, inkişaf üçün təklif edirəm ki bütün QHT-lərin bu mühitin yaradılmasına böyük diqqət yetirməlidirlər, çünki bu proqramlar vasitəsilə insanları motivasiya etmək, orada olmaq və onların ehtiyacları üçün işləmək, onların ehtiyaclarını tapmaq layihə vasitəsilə öz ehtiyaclarını əhatə etmək ən yaxşı həlli yoludur”.

Xatırladaq ki, ölkənin vahid gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür. 

Tarix
20 İyun 2018 [10:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin