Ana səhifə
23 İyul 2018

Ağstafa Kənd Təsərrüfatı İdarəsinin rəisi barəsində akt tərtib edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Ağstafa rayonu ərazisində yaşıllıqların məhv edilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ucnoqta.az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, araşdırma zamanı Ağstafa rayonu, Eynallı bələdiyyəsinin mülkiyyətinə məxsus 4 ha torpaq sahəsində qanunsuz suvarma arxının çəkildiyi və münbit torpaq qatının korlandığı, köküstə yaş 3 ədəd söyüd ağacının kəsildiyi aşkar edilib. Təbiətə 4970 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi İltifat Əliyev barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Tarix
20 İyun 2018 [09:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin