Ana səhifə
22 İyul 2018

Cəbhə bölgəsində Raket və Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışı olub -FOTO

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun hərbi hissələrində tikinti-quruculuq işləri davam etdirilir. Ucnoqta.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yeni inşa edilən Raket və Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışında iştirak edərək ərazidəki qərargah, döyüş texnikaları üçün saxlanclar, əsgər yataqxanası, yeməkxana, sıra meydanı və digər obyektlərlə tanış olub. Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları bir daha xatırladan müdafiə naziri Ordumuza göstərilən diqqət və qayğının nəticəsi olaraq əldə edilən uğurları da xüsusi vurğulayıb. General-polkovnik Z.Həsənov Raket və Artilleriya Qoşunlarının döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub. Sonda şəxsi heyətlə birlikdə nahar edilib.
Tarix
19 İyun 2018 [16:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin