Ana səhifə
23 İyul 2018

ETSN əməkdaşları yanğın baş verən əraziyə gedib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda tikinti materiallarının satışı mağazasında baş verən yanğınla bağlı məlumat yayıb. Ucnoqta.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən "Report"a bildirilib ki, bu gün Ziya Bünyadov prospektindəki tikinti materiallarının satışı bazarında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində havaya qatı tüstü və qoxu yayılıb: "Nazirliyin əməkdaşları dərhal hadisə yerinə gedib, monitorinq və araşdırma işlərinə başlayıb. Mütəxəssislər atmosferə yayılan tüstü axını və qoxu ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb. Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək. Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir".
Tarix
19 İyun 2018 [10:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin