Ana səhifə
26 Sentyabr 2018

Həyətində narkotik yetişdirən Ağdaş sakini tutulub

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, satışı və kultivasiyası ilə  mübarizə tədbirləri davam etdirilir.   Ucnoqta.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında  keçirdikləri  əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Tofiq Məmmədov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsində olan istixanada aqrotexniki qaydada qulluq edilmiş ümumi çəkisi 12 kiloqramdan artıq olan 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.   Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Tarix
19 İyun 2018 [10:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin