Ana səhifə
17 Fevral 2019

Bu gün "Qarabağ"ın Çempionlar Liqasının ilk 2 mərhələsindəki rəqibləri müəyyənləşəcək

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçiriləcək. Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı "Qarabağ" komandası təmsil edəcək. Ağdam klubu mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Püşkatma zamanı daha yüksək reytinqlilərin olduğu səpələnmişlər səbətində yer alan "Qarabağ"ın potensial rəqiblərinin sayı 5-ə enib. Bunlar Makedoniyanın "Şkendiya", Lüksemburqun "Düdelanj", Sloveniyanın "Olimpiya" (Lyublyana), Litvanın "Suduva" və Gürcüstanın "Torpedo" (Kutaisi") komandalarıdır. 1-ci qrup Səpələnmişlər: APOEL (Kipr), "Qarabağ" (AZƏRBAYCAN), "Şerif" (Moldova), TNS (Uels), "Videoton" (Macarıstan) Səpələnməmişlər: "Şkendiya" (Makedoniya), "Düdelanj" (Lüksemburq), "Olimpiya" (Lyublyana, Sloveniya), "Suduva" (Litva), "Torpedo" (Kutaisi, Gürcüstan) 2-ci qrup Səpələnmişlər: "Ludoqorets" (Razqrad, Bolqarıstan), "Legiya" (Varşava, Polşa), "Malmö" (İsveç), "Rusenborq" (Norveç), HİK (Helsinki, Finlandiya) Səpələnməmişlər: "Vikinqur" (Farer adaları), "Kruzaders" (Şimali İrlandiya), ilkin mərhələnin qalibi, "Kork Siti" (İrlandiya), "Valür" (Reykyavik, İslandiya) 3-cü qrup Səpələnmişlər: "Seltik" (Şotlandiya), "Astana" (Qazaxıstan), "Srvena Zvezda" (Serbiya), "Hapoel" (Beer-Şeva, İsrail), "Kukesi" (Albaniya), "Zrinski" (Bosniya və Herseqovina) Səpələnməmişlər: "Spartak" (Trnava, Slovakiya), "Valletta" (Malta), "Alaşkert" (Ermənistan), "Sutyeska" (Monteneqro), "Spartak" (Yurmala, Latviya), "Flora" (Tallin, Estoniya) Bu mərhələnin ilk oyunları 10-11 iyulda, cavab görüşləri 17-18 iyulda keçiriləcək. Növbəti mərhələyə yüksələcək 16 komandaya daha 4-ü - BATE (Borisov, Belarus), "Dinamo" (Zaqreb, Xorvatiya), "Midtyuland" (Danimarka) və ÇFR (Kluj, Rumıniya) qoşulacaq. Beləliklə, II təsnifat mərhələsində 10 cüt formalaşacaq. I təsnifat mərhələsini adlayacağı təqdirdə, "Qarabağ" yenə səpələnmişlər səbətində yer alacaq. Oyunlar 24-25 iyulda və 31 iyul-1 avqustda keçiriləcək. Qeyd edək ki, Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Report
Tarix
19 İyun 2018 [08:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin