Ana səhifə
25 Fevral 2018

Kommersiya və təhsil yönümlü domenlərin sayı artıb

Azərbaycanın milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 23986 domen təşkil edib.

 

 

Ucnoqta.az xəbər verir ki, RYTN-nin məlumatına görə, ilin əvvəlindən bu günədək 7677 domen qeydiyyatdan keçirilib, 5890 domen isə ləğv edilib. 

Hazırda Azərbaycanda 21009 “*.az”, 990“*.com.az”, 204 “*.edu.az”, 132“*.org.az”, 73“*.net.az”, 77 “*.co.az”, 42“*.int.az”, 63 “*.info.az”, 35“*.pp.az”, 25 “*.biz.az”, 14 “*.name.az”, 1 “*.mil.az”, 1 “*.pro.az” domeni qeydiyyatdan keçirilərək istifadə edilir.

Son bir ayda “*.az” domenlərinin sayı əsasən “*.com.az”, “*.edu.az” və digər kiçik domenlərin xeyrinə əhəmiyyətli dərəcədə azalıb.

Son üç ildə “*.az” domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici 3 min, 2011-ci ildə isə  4387, 2012-ci ildə  5478 domen adı olub. Ötən il ərzində 6199 domen qeydə alınıb və təxminən 2500 domen qeydiyyatdan çıxarılıb, nəticədə ölkədə il ərzində xalis domen artımı 3699 domen təşkil edib.

Beləliklə, Azərbaycanda 2013-cü ildə 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30% artıb.

 

Bəhruz

Tarix
8 Dekabr 2014 [11:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ