Türk əsgərləri Suriyanın Menbiç şəhərinin ətrafına daxil olub

16:26 - 18 İyun 2018 - DÜNYA

Türkiyə hərbçiləri Suriyanın şimalındakı Menbiç şəhərinin kənarına doğru irəliləyib.

APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb. Türk hərbi qüvvələrinin ABŞ-la razılaşma çərçivəsində Menbiçin kənar məhəllələrinə daxil olduğu xəbər verilir. Eyni anda havada ABŞ helikopterləri uçmağa başlayıb.
Qeyd edək ki, Menbiç PKK terror təşkilatının Suriya qolu PYD-YPG qruplaşmasının nəzarətində idi. Ərazidə ABŞ hərbi kontingenti də var. Türkiyə və ABŞ arasında əldə olunan razılığa əsasən PYD-YPG qüvvələri bölgədən çıxarılacaq və ərazidə iki müttəfiq ölkənin hərbçiləri keşik çəkəcək. Daha sonra ABŞ və Türkiyə Menbiçdə yerli idarəetmə orqanlarını formalaşdıracaq.

Xəbər xətti