Ana səhifə
25 Sentyabr 2018

DÇ-2018: Bu gün daha 3 oyun keçiriləcək

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək. İlk qarşılaşma F qrupunda İsveç və Cənubi Koreya yığmaları arasında olacaq. Nijni Novqoroddakı eyniadlı stadionda keçiriləcək matçı salvadorlu referi Xoel Agilar idarə edəcək. Bu qrupun ilk görüşündə Meksika Almaniyanı 1:0 hesabı ilə yenərək, mundialın ilk sensasiyasına imza atıb. Növbəti iki görüş G qrupuna təsadüf edəcək. Soçidəki "Fişt" stadionunda çempionatın favoritlərindən sayılan Belçika debütant Panamanı sınağa çəkəcək. Oyunu zambiyalı referi Canni Sikazu idarə edəcək. Bu matçda bir çoxları növbəti böyükhesablı qələbənin qeydə alınacağını düşünür. Qrupun digər görüşündə isə Volqoqraddakı eyniadlı arenada Tunislə İngiltərə üz-üzə gələcək. Matçı kolumbiyalı referi Vilmar Roldan idarə edəcək. DÇ-2018, 18 iyun, F qrupu 16:00. İsveç - Cənubi Koreya Hakimlər: Xoel Agilar (Salvador), Xuan Karlos Mora (Kosta-Rika), Norbert Hauata (Taiti), Bertrand Brial (Yeni Kaledoniya) Nijni Novqorod, "Nijni Novqorod" stadionu G qrupu 19:00. Belçika - Panama Hakimlər: Canni Sikazu (Zambiya), Jerson Dos Santos (Anqola), Zaxele Siula (CAR), Ryuji Sato (Yaponiya) Soçi, "Fişt" stadionu 22:00. Tunis - İngiltərə Hakimlər: Vilmar Roldan, Aleksander Quzman, Kristian de la Kruz (hamısı Kolumbiya), Rikardo Montero (Kosta-Rika), Kori Rokuel (ABŞ) Volqoqrad, "Volqoqrad Arena" Oyunların başlanma saatları Bakı vaxtı ilə göstərilib. Report
Tarix
18 İyun 2018 [09:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin