Masazırda avtomobil piyadanı vurub

13:40 - 16 İyun 2018 - HADİSƏ

Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 15-də saat 2 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində qəsəbə sakini Elməddin Hadıyev idarə etdiyi “Tavriya” markalı avtomobillə yolu keçən Susanna Məmmədovanı vurub.  Hadisə nəticəsində piyada hadisə yerində ölmüşdür.

Xəbər xətti